Səkkiz ərəb ölkəsinin xarici işlər nazirləri Suriyada atəşkəsə çağırış edib


Bəhreyn, Misir, İraq, İordaniya, Qətər, Livan, BƏƏ və Səudiyyə Ərəbistanının daxili işlər nazirləri Suriyada hərbi əməliyyatları dayandırmağa çağırıblar.



Bu barədə İordaniya Xarici İşlər Nazirliyinin Əqabə şəhərində keçirilən görüşdən sonra qəbul edilmiş bəyanatında bildirilir.

“Görüşdə son həftələrdə Suriyada baş verən hadisələr müzakirə olunub. İclas iştirakçıları vurğulayıblar ki, bütün hərbi əməliyyatları dərhal dayandırmaq lazımdır”, - Əl-Məmlakat telekanalı bəyanatın mətnindən sitat gətirib.

Bundan əlavə, xarici işlər nazirləri həmçinin suriyalı qaçqınların geri qayıtması üçün şəraitin yaradılmasına və onlara lazımi köməklik göstərilməsinə çağırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu