Növbəti İran-ABŞ danışıqları fevralın 26-da Cenevrədə keçiriləcək


İran və ABŞ rəsmiləri arasında növbəti danışıqlar raundu fevralın 26-da Cenevrədə baş tutacaq.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Görüşdə ABŞ tərəfini prezidentin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edəcəklər. Tərəflər regionda gərginliyin azaldılması və nüvə sazişi ətrafındakı son vəziyyəti müzakirə edəcəklər.

Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə danışıqların ikinci raundu keçirilib. İran Xarici İşlər Nazirliyi gələcək saziş layihəsi üzrə müəyyən irəliləyişlərin olduğunu bildirsə də, Vaşinqton Tehranın bəzi mövqeləri hələ qəbul etmədiyini qeyd edib.

ABŞ və İsrail İslam Respublikasından təkcə nüvə proqramından deyil, həm də ballistik raket istehsalından və Yaxın Şərqdəki pro-İran qüvvələrinə dəstəkdən imtina etməsini tələb edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu