Xəbərləri icazəsiz istifadə edən süni intellektə qarşı təzminat iddiası


Tokioda fəaliyyət göstərən Kyodo News agentliyi məzmunlarının icazəsiz şəkildə götürüldüyünü əsas gətirərək ABŞ mərkəzli süni intellekt şirkəti Perplexity AI-a qarşı iddia qaldıraraq, təzminat tələb edib.

Tokio mərkəzli agentlik Perplexity AI-a göndərdiyi məktubda müxtəlif qəzet və agentliklər tərəfindən hazırlanan xəbərlərin yerləşdiyi “47 News” internet saytındakı məzmunların icazəsiz şəkildə götürüldüyünü və süni intellekt dəstəkli axtarış motorunda istifadəçi cavabları yaratmaq üçün istifadə edildiyini iddia edib.

Agentlik Perplexity AI-nin 2024-cü ilin avqustundan bəri sözügedən xəbər saytına yüz minlərlə daxil olduğunu göstərən qeydlər aşkar etdiklərini və bunun “açıq müəllif hüququ pozuntusu” olduğunu vurğulayıb.

Kyodo News həmçinin bildirib ki, Perplexity AI mənbə kimi Kyodo News-u göstərsə də, səhv məlumatlar ehtiva edən məzmunlar yaradaraq qurumun etibarlılığına və marka dəyərinə zərər vurub. Agentlik Perplexity AI-ın bu pozuntulara dərhal son qoymasını, icazəsiz istifadələr səbəbindən yaranan ziyanı ödəmək üçün təzminat verməsini və məzmunların hansı üsulla toplandığını açıqlamasını tələb edib. Tələbləri yerinə yetirilməzsə, hüquqi proses başlayacağı bildirilib.

Kyodo News-dan əlavə agentliyin xəbərlərinə abunəliyi olan MainichiSankei Shimbun qəzetləri də ABŞ mərkəzli süni intellekt şirkətinə oxşar etiraz məktubları göndərib.

Yaponiyada fəaliyyət göstərən NikkeiAsahi Shimbun qəzetləri isə avqustda müəllif hüququ pozuntusu iddiası ilə Perplexity AI-a qarşı ümumilikdə təxminən 30 milyon dollarlıq təzminat davası açdıqlarını bildiriblər.

Xatırladaq ki, ABŞ-ın aparıcı qəzetlərindən The New York Times da 27 dekabr 2023-cü ildə süni intellekt texnologiyalarının təlimi məqsədilə işlərinin icazəsiz istifadə olunduğunu və müəllif hüququnun pozulduğunu iddia edərək OpenAIMicrosoft-a qarşı məhkəmə iddiası qaldırmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu