Yapon qəzetləri Perplexity AI-a qarşı iddia qaldırdı


Yaponiya mərkəzli NikkeiAsahi Shimbun qəzetləri ABŞ mərkəzli süni intellekt layihəsi Perplexity AI-ya qarşı müəllif hüquqlarının pozulması iddiası ilə təxminən 30 milyon dollar məbləğində təzminat iddiası qaldırıb.

Yaponiya çıxışlı Nikkei və Asahi Shimbun qəzetləri Perplexity AI ilə bağlı birgə açıqlama yayıblar.

Açıqlamada qeyd olunub ki, Perplexity AI 2024-cü ilin iyun ayından etibarən xəbərləri süni intellekt dəstəyi ilə cavablar yaratmaq üçün istifadə edib və bunun müəllif hüquqlarının pozulması səbəbi ilə təxminən 30 milyon dollar məbləğində təzminat iddiası qaldırılıb.

Bundan əlavə, açıqlamada bildirilir ki, Perplexity AI cavablarında qəzetlərin adlarını və ya xəbərlərini mənbə göstərərkən xəbər məzmunundan fərqli yanlış məlumatları gerçək kimi təqdim edib və bu da qəzetlərin nüfuzuna zərər vurub.

Xatırladaq ki, ABŞ-ın aparıcı qəzetlərindən The New York Times da 27 dekabr 2023-cü ildə süni intellekt texnologiyalarının təlimi məqsədilə onların işlərinin icazəsiz istifadə edildiyini və müəllif hüquqlarının pozulduğunu iddia edərək OpenAIMicrosoft-a qarşı iddia qaldırmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu