"OpenAI" ABŞ hökumətindən müəllif hüquqları ilə qorunan mənbələrə giriş tələb etdi


ABŞ-ın süni intellekt şirkəti "OpenAI" süni intellekt modellərinin hazırlanmasında istifadə oluna bilməsi üçün müəllif hüquqları ilə qorunan resurslara daxil olmaq üçün ABŞ hökumətindən icazə istəyib.



"NBC News"un məlumatına görə, "OpenAI" hökumətə ABŞ prezidenti Donald Trampın “Süni intellekt üzrə Fəaliyyət Planı”na uyğun təklif təqdim edib.

Hökumətə daha geniş təşəbbüsün bir hissəsi kimi təqdim edilən təklif "OpenAI"yə müəllif hüquqları ilə qorunan resurslara çıxışın verilməsini tələb edir ki, onlardan süni intellekt modellərinin hazırlanmasında istifadə olunsun.

Təklif “azadlığa yönəlmiş” tənzimləmə yanaşmasını müdafiə edir və hökuməti ABŞ-ın AI tərtibatçılarını məhdudlaşdırıcı dövlət qanunlarına riayət etməyə məcbur edən yanaşmadan imtina etməyə çağırır.

Texnologiyaya daha çox sərmayə qoyulmasını tələb edən təklifdə vurğulanır ki, süni intellekt infrastrukturuna sərmayə qoyuluşu iş yerləri yaradacaq, yerli iqtisadiyyatları gücləndirəcək, ölkənin enerji şəbəkəsini modernləşdirəcək və AI-yə hazır işçi qüvvəsi hazırlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu