Taкаiti və Tramp Tayvan gərginliyini müzakirə ediblər


Yaponiya baş naziri Sanae Takaiti bu həftənin əvvəlində ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Tokio ilə Pekin arasında Tayvanla bağlı yaranmış diplomatik gərginliyin yumşaldılması məsələsini müzakirə edib.

AFN.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi hökumət mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, tərəflər iki ölkə arasında sürətlə artan diplomatik böhranın həlli üçün birgə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Takaiti jurnalistlərə açıqlamasında deyib ki, Tramp ona ABŞ–Çin münasibətlərinin hazırkı vəziyyəti barədə məlumat verib və Çin lideri Si Cinpinlə telefon danışığı apardığını deyib. O, danışıq zamanı Yaponiya–Çin gərginliyinin xüsusi müzakirə edildiyini təsdiqləməyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu