Azərbaycan və Yaponiya XİN başçıları arasında telefon danışığı olub


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu arasında telefon danışığı olub.


Bu barədə AFN-ə XİN-dən məlumat verilib.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

C.Bayramov, hazırkı çətin vəziyyətdə “Tokio-2020” Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkili münasibətilə yapon həmkarını təbrik edib.

Tərəflər, növbəti il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasını vurğulayaraq, bu xüsusda fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.

C.Bayramov, yapon həmkarına işğaldan azad olunmuş ərazilərdə post münaqişə dövründə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorların bu prosesdə iştirakı imkanları barədə ətraflı məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu