Böyük Britaniya malikanələrə yeni vergilər tətbiq edəcək


Böyük Britaniyada malikanələr və taksilərə əlavə vergi tətbiq olunacaq.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Reyçel Rivs Parlamentin Aşağı Palatasında təqdim etdiyi büdcə açıqlamasında bildirib.

Qiyməti 2 milyon funt ($2,6 mln) və yuxarı olan əmlak sahibləri illik əlavə 2,5 min funt ($3,3 min) ödəyəcəklər. Evlərin qiyməti artdıqca vergi də artır; məsələn, 5 milyon funt ($6,6 mln) dəyərində ev üçün illik ödəniş 7,5 min funt ($9,9 min) olacaq. Büdcəyə bu addımın 400 milyon funt ($530 mln) gəlir gətirəcəyi gözlənilir.

Nazir bildirib ki, "Uber""Bolt" kimi tətbiqlər vasitəsilə edilən taksi səfərlərinə də vergi tətbiq olunacaq.

Proqressiv vergi dərəcələrinin hazırkı həddi dondurulacaq. Bu, inflyasiyanın 3,6% olması fonunda daha çox vətəndaşın yüksək vergi dərəcəsi ödəməsi deməkdir. Nəticədə təxminən 8 milyard funt ($10,6 mlrd) əlavə gəlir əldə ediləcəyi proqnozlaşdırılır.

Elektrikli avtomobil sürücüləri hər mil üçün 3 pens, hibrid avtomobil sürücüləri isə 1,5 pens ödəyəcəklər. Bu addım büdcəyə 1,4 milyard funt ($1,9 mlrd) əlavə gəlir gətirəcək.

Yanacaq vergisi 52,95 funt ($70)/litre səviyyəsində dondurulacaq və minimum əmək haqqı 4,1% artırılaraq 12,71 funt ($16,8)/saat müəyyənləşdiriləcək ki, bu da inflyasiyanı üstələyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu