Britaniya kralının mülkləri bir ildə 1,1 milyard funt sterlinq qazandırıb


Britaniya kral ailəsi maliyyə hesabatını dərc edib.



Bu barədə BBC News xəbər verib.

Tac sahiblərinin il ərzində gətirdiyi mənfəət 1,1 milyard funt sterlinqə qədər artıb. Gəlirlərin artması bu yaxınlarda kral ailəsinin mülkiyyətinə çevrilmiş altı yeni külək stansiyaları ilə əlaqələndirilir.

Mənfəətin artması o deməkdir ki, dövlət növbəti maliyyə ilində kral ailəsinə daha çox xərcləmə pulu verməli olacaq. Kral III Çarlz və onun ailəsinin alacağı qrant 45 milyon funt sterlinq artaraq 132 milyon funt-sterlinqə çatacaq.

Ayrılan vəsaitin bir hissəsi Bukingem sarayının təmirinə sərf olunacaq. Bundan əlavə, gələn il kral ailəsi təxminən 15 il əvvəl alınmış köhnəni əvəz etmək üçün iki yeni helikopter almağı planlaşdırır.

2022-ci ildə krallığın əmlaklarına Bukingem Sarayı, Kensinqton Sarayı, London və Böyük Britaniyanın müxtəlif bölgələrindəki torpaqlar və mülklər də daxil olmaqla 34,3 milyard dollarlıq aktiv və əmlak daxil olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu