Tramp: Süni intellekt tənzimlənməsi üçün federal standart olmalıdır


ABŞ Prezidenti Donald Tramp süni intellektlə bağlı ştatların müxtəlif tənzimləmələri əvəzinə vahid federal standartın lazım olduğunu bildirib.

Tramp mövzu ilə bağlı sosial media hesabında paylaşım edib.

Süni intellektə edilən investisiyaların ABŞ iqtisadiyyatını dünyanın ən cəlbedici iqtisadiyyatına çevirməyə kömək etdiyini qeyd edən Tramp ştatların həddindən artıq tənzimləmələrinin bu böyümə mühərrikini zəiflətmə təhdidi yaratdığını vurğulayıb.

Tramp “50 ştatın fərqli tənzimləmə rejimləri əvəzinə vahid federal standart olmalıdır. Bunu uşaqları qoruyacaq və senzuranın qarşısını alacaq şəkildə edə bilərik” deyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu