Apple-ın son bazar dəyəri açıqlanıb


Texnologiya nəhəngi Apple bazar dəyəri 4 trilyon dolları aşan nadir ictimai şirkətlər sırasına daxil olub. Bu nailiyyətlə Apple əvvəllər eyni səviyyəyə çatmış NvidiaMicrosoft kimi texnologiya nəhəngləri ilə eyni sıraya yüksəlib.

Apple səhm qiymətləri çərşənbə axşamı günü 0,1 faiz artaraq yüksəlişini davam etdirib. Şirkətin bu performansında xüsusilə əvvəllər çətinlik çəkdiyi Çin kimi bazarlarda iPhone 17 satışlarının güclü olması mühüm rol oynayıb.

İlin əvvəlində Donald Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumları, süni intellekt məhsullarındakı gecikmələr və yerli istehsal təzyiqi səbəbindən böyük dəyər itirən Apple, apreldə yalnız bir əməliyyat günü ərzində 310 milyard dollar itirmişdi. Lakin son həftələrdəki bərpa şirkətin hələ də sərmayədar etibarını qoruduğunu göstərir.

Süni intellekt inqilabı Wall Street-i yenidən formalaşdırır

Apple-ın yeni rekordu süni intellekt dalğasının texnologiya səhm qiymətlərini rekord səviyyəyə qaldırdığı bir ildə əldə olunub. Nvidianın süni intellekt çiplərində liderliyi və Microsoftun bulud hesablama sahəsində gücü Apple-ı bu yarışda ilk dəfə geri qoymuşdu.

Mütəxəssislər bildirirlər ki, bu vəziyyət süni intellektin artıq Wall Street üçün smartfonlar və internet qədər transformativ bir sahəyə çevrildiyini göstərir.

Trilyonluq yolculuq

Apple 2018-ci ilin avqustunda 1 trilyon dollar dəyərinə çatan ilk ictimai şirkət olmuşdu. 2020-ci ildə 2 trilyon, 2022-ci ildə 3 trilyon səviyyələrini keçən şirkət, 2023-cü ilin iyununda bu səviyyədə bağlanış edə bilmişdi.

Wedbush Securities analisti Dan Ives bildirib ki, Tim Kuk və komandası nəhayət iPhone 17 ilə uğur əldə etdi. Ives qeyd edib ki, indi bazar şirkətin böyük strateji süni intellekt yol xəritəsinin açıqlanmasını gözləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu