Putin İlham Əliyevə zəng etdi
Oktyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.
Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı maraqlarını təsdiqləyiblər.
Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektləri və beynəlxalq vəziyyət barədə müzakirələr aparılıb.
Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.


