Putin Trampla danışandan sonra Təhlükəsizlik Şurasını topladı
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığından dərhal sonra Rusiya Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Kremlin xarici siyasət məsləhətçisi Yuri Uşakov açıqlamasında Putinin dünən axşam Trampla telefonla danışdığını xatırladıb.
Uşakov qeyd edib ki, görüşdən dərhal sonra Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini Kremlinə çağıraraq, Amerikalı həmkarı ilə apardığı fikir mübadiləsi barədə ətraflı məlumat verib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin dünən axşam təxminən 2,5 saatlıq telefon danışığı aparıblar.
