ABŞ zərbələr endirməsəydi, İran nüvə silahına malik ola bilərdi - Tramp


ABŞ İran ərazisinə zərbələr endirməsəydi, Tehran indiyə qədər nüvə silahına malik ola bilərdi.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.

"Mən hesab edirəm ki, İrana hücum çox vacib idi. Çünki bu baş verməsəydi, İran yəqin ki, indiyə qədər çoxsaylı nüvə silahına malik olardı", - deyə o, Ağ Evdə Nazirlər Kabinetinin iclasında bildirib. Amerika liderinin fikrincə, bu, Yaxın Şərqdə sülh nizamlanmasına dair razılaşmanın əldə olunması perspektivlərini ləkələyərdi.

"İndi İran sülhü təmin etmək üçün çalışmaq istəyir. Onlar bunu bizə deyiblər. Və onlar bu sazişi (Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üçün – red.) tam dəstəklədiklərini etiraf ediblər. Məncə, bu, əladır. Biz buna görə minnətdarıq", - deyə Tramp əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu