Fon der Leyen: Moldovaya Aİ-yə üzvlük üçün qapılar açıqdır


Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moldovanı parlament seçkilərinin nəticələri münasibətilə təbrik edərək, Aİ-nin Kişinyovu üzvlük yolunda dəstəkləməyə hazır olduğunu bildirib.

AFN.az xəbər verir ki, o bu barədə X hesabında yazıb: “Moldova, siz yenidən bacardınız. Seçiminiz aydındır: Avropa. Demokratiya. Azadlıq. Qapılarımız açıqdır və biz hər addımda sizinləyik”.

Avropa Şurasının sədri Antonio Koşta da X-də qeyd edib ki, Moldova xalqı, Rusiya tərəfindən güman edilən təzyiq və müdaxilələrə baxmayaraq, demokratiya, islahatlar və Avropa gələcəyi naminə aydın seçim edib.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas isə Rusiyanı Moldovadakı seçkilər haqqında “dezinformasiya yaymaqda” ittiham edib və ölkəyə Aİ-yə üzvlük yolunda dəstək verəcəyini açıqlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu