Moldovada 3 partiya və 2 blok parlamentə daxil oldu


Moldovada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, 3 partiya və 2 blok parlamentdə təmsil olunacaq.

Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata əsasən, seçici fəallığı 52,15 faiz təşkil edib və səslərin 98,24 faizi artıq hesablanıb.

Prezident Maya Sandu-nun rəhbərlik etdiyi, qərbyönlü siyasəti ilə tanınan "Fəaliyyət və Həmrəylik Partiyası (PAS)" 49,63 faiz səs toplayaraq birinci yeri tutub.

Rusiya ilə yaxınlaşmanı dəstəkləyən Sosialistlər, Kommunistlər və “Moldovanın Gələcəyi” partiyalarından ibarət "Vətənpərvər" bloku 24,51 faizlə ikinci olub.

Seçki baryerini keçən digər siyasi qüvvələrdən 3 partiyanın birləşdiyi “Alternativa” bloku 8,06 faiz, “Bizim Partiya” 6,24 faiz və “Yurdda Demokratiya” partiyası 5,66 faiz səs toplayaraq parlamentdə təmsil olunmağa haqq qazanıb.

Digər partiya, blok və müstəqil namizədlər isə baryeri aşa bilmədikləri üçün parlamentə daxil ola bilməyiblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu