OpenAI LinkedIn-ə rəqib iş tapma platforması hazırlayır


ChatGPT-nin istehsalçısı OpenAI süni intellekt dəstəklı yeni bir iş tapma platforması üzərində çalışdığını təsdiqləyib. “OpenAI Jobs Platform” adlandırılacaq xidmətin 2026-cı ilin ortalarında istifadəyə veriləcəyi planlaşdırılır.

OpenAI-nin bu addımı şirkətin ən böyük sərmayədarlarından olan Microsoft-un sahibi olduğu LinkedIn-ə birbaşa rəqib kimi qiymətləndirilir.

LinkedIn 2024-cü ildən etibarən iş axtarma təcrübəsini yaxşılaşdırmaq üçün süni intellekt inteqrasiyalarını artırmışdı.

OpenAI-nin platforması isə maşın öyrənmə alqoritmlərindən istifadə edərək iş axtaranlarla işəgötürənlər arasında yüksək səviyyəli bağlantılar yaratmağı hədəfləyir.

İş axtaranlar üçün fürsət, işəgötürənlər üçün doğru uyğunluq

OpenAI Tətbiqlər CEO-su Fidji Simo bildirib ki, platforma yalnız texnoloji yenilik olmayacaq, həm də iş bazarında imkanları artıracaq bir vasitə olacaq. Simoya görə, süni intellekt insanları işsiz qoymaq əvəzinə daha çox imkanın kilidini açacaq.

Şirkət vəd edir ki, işəgötürənlər axtardıqları profile ən uyğun namizədləri tapa biləcəklər, namizədlər isə bacarıq və təcrübələrinə uyğun işlərə çıxış əldə edəcəklər.

Süni intellekt dəstəklı CV dövrü

Son illərdə bir çox namizəd CV-lərini və müraciətlərini önə çıxarmaq üçün ChatGPT kimi süni intellekt alətlərindən istifadə edir.

Lakin mütəxəssislər qeyd edirlər ki, bu üsul hər zaman uğur təmin etmir. Çünki bəzi platformalar müraciətləri yenə də süni intellekt vasitəsilə filtr edir, bəzi işəgötürənlər isə əl ilə hazırlanmış sənədləri üstün tutur.

Rəqabət güclənir

OpenAI-nin bu addımı süni intellekt dəstəklı işə qəbul texnologiyalarının yüksəlişini sürətləndirəcək. Sənaye ekspertləri hesab edir ki, 2026-cı ildən etibarən iş tapma və işə qəbul proseslərində süni intellekt platformaları müəyyənedici rol oynayacaq.

Bu da LinkedIn və oxşar platformalarla rəqabətin daha da şiddətlənəcəyini göstərir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu