Yüzdən çox şirkət AB süni intellekt paktını imzaladı


100-dən çox şirkət Avropa İttifaqının (Aİ) könüllü öhdəlikləri özündə əks etdirən süni intellekt paktını imzalayıb.



Aİ Komissiyası texnologiya, telekommunikasiya, səhiyyə, bankçılıq, avtomobil və aviasiya kimi müxtəlif sektorlardan 116 şirkətin AB süni intellekt paktını imzaladığını açıqlayıb.

Açıqlamada müqavilə ilə AB-nin süni intellekt qanununun tətbiqindən əvvəl şirkətlərin bu sahədə idarəetmə strategiyası, yüksək risk sistemlərinin müəyyən edilməsi və məlumatlılıq kimi sahələrdə könüllü öhdəliklər götürdüyü bildirilib.

Paktı imzalayan şirkətlər arasında Microsoft, Google, Amazon, OpenAI, Hewlett Packard, IBM, Lenovo, Samsung, Qualcomm, Sap və Adobe var.

"Facebook" və "Instagram"ın sahibi "Meta"nın paktda iştirak etməməsi diqqət çəkib.

Aİ-nin Süni İntellekt Qanununun 2026-cı ilin avqustunda qüvvəyə minməsi gözlənilir. Pakt bu prosesdə süni intellekt sahəsində harmoniyanı təmin etməyi hədəfləyir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu