Çində ŞƏT-in iclası başladı


Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası işə başlayıb.

Xarici KİV-in məlumatına görə, toplantını Çin Xalq Respublikasının Sədri Si Cinpin açıb. İclasda təşkilata üzv ölkələrin dövlət başçıları, müşahidəçi və tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.

Görüşdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi və enerji sahəsində qarşılıqlı fəaliyyət kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb və hazırda təşkilatın üzvləri arasında Çin, Rusiya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, İran və Belarus yer alır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu