Belçika Ukraynaya 100 milyon avro dəyərində silah verəcək


Belçika Ukraynaya 100 milyon avro dəyərində əlavə hərbi yardım köçürəcək və F-16 qırıcılarının transferini sürətləndirəcək.

AFN.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Teo Franken Aİ xarici işlər və müdafiə nazirlərinin Kopenhagendə keçirilən iclasına gələrkən bildirib.

“Belçika Ukraynaya 100 milyon avro dəyərində hərbi yardım göstərəcək, biz də F-16-larımızın transferini mümkün qədər sürətləndirəcəyik” - deyə Franken qeyd edib. O, Belçikanın “istəklilər koalisiyasında” çox aktiv mövqe tutduğunu bildirib.

Onun sözlərinə görə, Belçika münaqişədən sonra öz qoşunlarını Ukraynaya göndərməyi istisna etmir, həmçinin dəniz imkanları, yəni dəniz pilotsuz uçan aparatları təqdim etməyə hazırdır.

Franken vurğulayıb ki, o, Rusiyanı sanksiyalarla sülh razılaşmasına məcbur etməyi zəruri hesab edir. Eyni zamanda, o, tezliklə atəşkəsin mümkünlüyünə şübhə ilə yanaşdığını əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin hazırlığından danışarkən o, Ukrayna əsgərlərinin Ukraynadan kənarda təlim keçməsinə dəstək verib. Bununla belə, döyüş əməliyyatları bitməmiş Belçika hərbçilərinin Ukraynaya təlimatçı kimi göndərilməsini “həddindən artıq riskli” adlandırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu