Kim Çen In Pekində qələbə paradında iştirak edəcək


KXDR lideri Kim Çen In Yaponiyaya qarşı Çin Xalq Müqavimət Müharibəsində Qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı tədbirlərdə iştirak etmək üçün Çinə səfər edəcək.

AFN.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilir ki, KXDR lideri “Çin xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində və Dünya Antifaşist Müharibəsində qələbəyə” həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Çin Yaponiyaya qarşı Çin Xalq Müqavimət Müharibəsində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Sentyabrın 3-də Pekində genişmiqyaslı parad keçiriləcək və burada Çin milli istehsalı olan hərbi texnika təqdim ediləcək. Mərasimdə bir sıra ölkələrin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin iştirak edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu