Lula ABŞ tariflərinə cavab olaraq fərman imzaladı

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ın avqustun 1-dən Braziliya mallarına 50% gömrük rüsumu tətbiq edəcəyi təqdirdə amerikalı sahibkarlara güzəştləri dayandıran fərman imzalayıb.
Hökumət qəzetində dərc olunan fərman, aprel ayında Braziliya hakimiyyət orqanları tərəfindən qəbul edilmiş İqtisadi Qarşılıqlılıq Qanununun qüvvəyə minməsi mexanizmini izah edir. Bildirilir ki, fərmana uyğun olaraq, bu qanun dövlətin “birtərəfli ticarət, maliyyə və ya investisiya tədbirləri tətbiq etməklə hədələmək” və ya tətbiq etməklə “Braziliyanın qanuni və suveren seçiminə” müdaxilə etdiyi hallarda tətbiq olunur.
Fərmanda həmçinin ABŞ-ın tariflərinə qarşı tədbirlər hazırlamaq üçün xüsusi komitənin yaradılması təklif edilir. Lula da Silva “X” sosial şəbəkəsində yazıb: “Birinci vəzifə olaraq, komitə ABŞ prezidentinin Braziliyadan idxal olunan bütün mallara 50% tarifləri elan etməsinin nəticələrini müəyyən etmək üçün iş adamlarını dinləyəcək”.