Rusiya Azərbaycana nota verdi


Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal azad edilməsi tələbi ilə şifahi nota təqdim edilib.



Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.



Bildirilib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşdə səfirə Bakının “son qeyri-dost hərəkətləri ilə bağlı etiraz təqdim olunub”.



Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyinin (DİN) “Sputnik-Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı iki nəfər - İqor Kartavıx və Yevgeniy Belousov saxlanılıb.



Həmin şəxslərin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu