Trampdan neft qiymətlərini aşağı səviyyədə saxlama çağırışı


ABŞ prezidenti Donald Tramp neft qiymətlərinin aşağı səviyyədə saxlanması ilə bağlı çağırış edib.



Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşımlar yayımlayıb.



Neft qiymətlərinin aşağı tutulmasını istəyən Tramp “Müşahidə edirəm. Düşmənin işinə yarıyırsınız, bunu etməyin” deyə bildirib.



Başqa bir paylaşımında isə Tramp ABŞ energetika nazirliyinə müraciətlə “Qazın, balam, qazın! Və bunu dərhal istəyirəm” yazıb.



ABŞ energetika naziri Kris Rayt isə Trampın paylaşımına cavab olaraq bildirib ki, məsələ ilə məşğuldular. O qeyd edib ki, Prezident Trampın liderliyi sayəsində Amerikanın enerji təhlükəsizliyi heç vaxt bu qədər güclü olmamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu