Tramp “TikTok” qadağasını 90 gün uzatdı

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Çin sosial media platforması "TikTok"a qadağanın müddətini 90 gün uzadıb.
"Mən indicə "TikTok"un bağlanmasının 90 gün (17 sentyabr 2025-ci ilə qədər) uzadılması ilə bağlı sərəncam imzaladım", - deyə Amerika lideri "Truth Social" səhifəsində yazıb.
Təxminən beş ay keçib ki, ABŞ-da "TikTok"un qadağan olunmasını nəzərdə tutan qanun qüvvəyə minib. Bu qanuna əsasən, əgər Çin şirkəti "ByteDance" "TikTok"u satmasa, platforma ölkədə bloklanmalıdır.
Tramp daha əvvəl demişdi ki, platformaya qarşı “isti hisslər” var, çünki sosial şəbəkənin gənc amerikalı istifadəçilərinin səsləri 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində onun qələbəsinə töhfə verib.