Tramp "TikTok"u satacağı halda Çin mallarına rüsumları sala bilər


Pekin TikTok satışını təsdiqləyərsə, ABŞ Çin məhsullarına rüsumları endirə bilər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"TikTok"u almaq üçün bir çox yol var və biz ölkəmiz üçün ən yaxşısını tapacağıq, mən ölkəmizə hər şeydən çox əhəmiyyət verirəm. "TikTok"a gəlincə, Çin bu işdə rol oynamalıdır, bəlkə sövdələşməni təsdiqləyəcək. Çini buna məcbur etmək üçün mən misal olaraq rüsumları aşağı salmağa razı olardım”, - deyə dövlət başçısı qeyd edib.

O, bir daha bəyan edib ki, ABŞ-da "TikTok" sosial şəbəkəsinin bloklanmasının gecikməsini uzada bilər.

Tramp andiçmə mərasimindən sonra ABŞ-da platformanın bloklanmasını ən azı 75 gün (aprelin 5-nə qədər) təxirə salmağı nəzərdə tutan sərəncam imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu