"Microsoft" TikTok-u almaqda maraqlıdır


“Microsoft” korporasiyası Çinin “ByteDance” korporasiyasından “TikTok” qısa videoların yaradılması və baxılması xidmətini almaqda maraqlıdır.


AFN.az xəbər verir ki, jurnalistlərin bununla bağlı sualına cavabında ABŞ prezidenti Donald Tramp bildirib. “TikTok-a böyük maraq var” - deyə ABŞ prezidenti qeyd edib. Lakin o bu xidməti əldə etməkdə maraqlı olan digər Amerika şirkətlərinin adlarını açıqlamayıb.

CNBC-nin məlumatına görə, ABŞ administrasiyası TikTok səhmlərinin 50%-ni almaq üçün potensial iddiaçılar axtarır. Əsas iddiaçılar İlon Mask və "Oracle"ın rəhbəri Larri Ellisondur.

ABŞ-ın əvvəlki prezidenti Co Bayden 2024-cü ildə Çinin ByteDance korporasiyasını 19 yanvar tarixinə qədər TikTok-u ABŞ-da satmağa və ya fəaliyyətini dayandırmağa məcbur edən qanun imzalayıb. Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ölkədə platformanın bloklanmasını gecikdirmək məqsədi daşıyan sərəncam imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu