"TikTok" Kanadada qadağa qərarının təxirə salınması üçün məhkəməyə müraciət edib


Populyar sosial media platforması "TikTok" Kanada hökumətinin fəaliyyətini dayandırmaq qərarını təxirə salmaq üçün yeni qanuni addım atıb. Platforma bu qərara etiraz edib və Federal Məhkəmədən qadağanın nəzərdən keçirilməsini istəyib.



Kanada hökuməti keçən ay "TikTok"un sahibi Çində yerləşən "ByteDance"in Çin hökuməti ilə mümkün əlaqələrini əsas gətirərək platformanın milli təhlükəsizlik riski yaratdığını bəyan edib.

Bu qərar "TikTok"u ölkədəki fəaliyyətini dayandırmağa məcbur edib. Lakin TikTok bu iddiaları rədd edib və hökumətin qərarına yenidən baxılması üçün təcili ərizə verib.

"TikTok" dekabrın 5-də Kanada Federal Məhkəməsinə etdiyi müraciətdə qərarın şirkətin Kanadadakı fəaliyyətini dayandıracağı anlamına gəldiyini və bunun minlərlə insanın işini itirməsinə səbəb olacağını bildirib.

Platforma məhkəmədən bu qərarı dayandırmağı və yeni araşdırmaya başlamağı tələb edib.

Kanada hökuməti daha əvvəl milli təhlükəsizlik araşdırmaları çərçivəsində "TikTok"un ölkədə mövcudluğunu yoxlamışdı və şirkətin planlaşdırılan genişləndirmə investisiyalarını dayandırmışdı.

Mənbə: Techtimes



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu