Ceyhun Bayramov və Devid Lemmi bölgədəki gərginliyi müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi arasında telefon danışığı baş tutub.



AFN.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.



Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, İsrail-İran qarşıdurmasının yaratdığı regional vəziyyətAzərbaycan-Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.



Devid Lemmi Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, eyni zamanda Kralın Təvəllüd Günü ilə bağlı edilən təbriklərə görə təşəkkür edib. O, həmçinin Əhmədabad yaxınlığında "Air India” təyyarəsinin qəzaya uğraması nəticəsində britaniyalıların həlak olması ilə bağlı Prezident İlham Əliyevin göndərdiyi başsağlığını yüksək qiymətləndirdiklərini bildirib.



Ceyhun Bayramov da öz növbəsində təbrikə görə təşəkkür edib və başsağlığı diləklərini çatdırıb.



Tərəflər İsrail-İran toqquşmasının bölgədə yaratdığı təhlükəsizlik təhdidlərindən narahatlıqlarını ifadə edib, gərginliyin azaldılması üçün diplomatik təmasların və danışıqların vacibliyini vurğulayıblar.



Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu