Ceyhun Bayramov Lavrovla danışdı
Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.
AFN.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin, Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.