Trampdan sərt xəbərdarlıq: Tüpürsələr, vurulacaqlar


ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə qeyri-qanuni mühacirlərə dəstək məqsədilə keçirilən aksiyalarla bağlı sərt açıqlama verib.



AFN.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial media platformasında paylaşım edib.



O, aksiyalarda iştirak edən şəxsləri "iğtişaşçı" adlandıraraq, onların Milli Qvardiya üzvlərinin üzərinə tüpürəcəyi halda cavab tədbirləri ilə üzləşəcəklərini bildirib: “Tüpürsələr, onları vuracağıq. Söz verirəm ki, bu dəfə onlara əvvəlkindən daha sərt zərbə vurulacaq. Belə hörmətsizliyə dözülməyəcək”.



Tramp paylaşımında Kaliforniya ştatının qubernatoru Qavin Nyusomu təhqiramiz ifadə ilə qeyd edərək onun siyasətini tənqid edib.



Xatırladaq ki, Los-Ancelesdə ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək məqsədilə keçirilən etiraz aksiyalarında onlarla şəxs saxlanılıb. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında zaman-zaman qarşıdurmalar yaşanır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu