NATO ölkələri müdafiə xərclərini 5%-ə çatdıra bilər


NATO ölkələri müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağa hazırlaşır

AFN.az xarici mediaya istinadən xəbər verir ki, NATO ölkələri alyansın 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammitinə qədər müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq öhdəliyi ilə bağlı razılığa gələ bilərlər.

Bunu ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

“Biz bütün alyans ölkələrinin ÜDM-in 5%-ni müdafiəyə xərcləməsi öhdəliyi ilə bağlı Prezident Donald Trampın başlatdığı işin razılaşdırıla biləcəyinə inanırıq. Bu, ayın sonunda keçiriləcək Haaqa sammitində baş verməlidir”, - deyə o, Brüsseldə alyansın müdafiə nazirlərinin toplantısına gələrkən bildirib.

Qeyd edək ki, NATO-nun Haaqa sammiti iyunun 24-25-də keçiriləcək. Ehtimal olunur ki, alyans ölkələrindən Trampın əvvəllər tələb etdiyi kimi, hərbi xərclərin hədəf səviyyəsini ÜDM-in hazırkı 2%-dən 5%-ə yüksəltmək istəniləcək.

NATO ölkələri arasında müdafiə xərclərinin artırılması ilə bağlı hələlik razılıq yoxdur: hərbi xərclər artarsa, onlar sosial öhdəlikləri azaltmağa məcbur olacaqlar ki, bu da daxili siyasi vəziyyəti pisləşdirmək və genişmiqyaslı iqtisadi böhrana səbəb olmaq təhlükəsi yaradır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu