Fransalı məhkumun əfvi Prezidentə diplomatik xahiş əsasında olub


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı əsasında məhkum olunmuş bir sıra şəxslər azadlığa buraxılıb.

Əfv edilənlər arasında Fransa vətəndaşı, 1986-cı il təvəllüdlü Clerc Theo Hugo da yer alıb.

Xatırladaq ki, Clerc Theo Hugo 2024-cü ildə Bakıda yerləşən metro deposunda vaqonların üzərinə qanunsuz şəkildə qraffiti çəkdiyinə görə saxlanılmış və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Trend informasiya agentliyinin etibarlı mənbədən əldə etdiyi məlumata görə, onun əfv olunması üçün Azərbaycana müxtəlif beynəlxalq və diplomatik kanallardan müraciətlər daxil olub. Bildirilib ki, bu xahişlərdən biri Estoniyanın baş naziri Kaya Kallas tərəfindən edilib. Onun Bakı səfəri zamanı Prezident İlham Əliyevlə görüşündə Clerc Theo Hugo ilə bağlı məsələyə toxunduğu və əfvlə bağlı xahiş etdiyi qeyd olunur.

Mənbə qeyd edir ki, fransalı məhkumun əfv olunması Fransa dövlətinin deyil, məhz bu konkret diplomatik xahişin nəticəsi olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu