Fransa vətəndaşı Rusiyada 3 il müddətinə azadlıqdan məhrum edilib


Rusiyada məhkəmə Fransa vətəndaşı Laurent Vinatyeni rus ordusu ilə bağlı məlumat topladığı səbəbilə 3 il həbs cəzasına məhkum edib.



Rusiyanın "İnterfaks" xəbər agentliyinin verdiyi məlumata görə, paytaxt Moskvanın Zamoskvoretskiy Məhkəməsində keçirilən iclasda İsveçrənin “Humanitar Dialoq Mərkəzi”nin əməkdaşı Vinatye Rusiyadakı xarici agentlər qanununa tabe olmadığı və rus ordusu haqqında məlumat topladığı üçün günahkar bilinib.

Ona qarşı irəli sürülən ittihamı qəbul edən 48 yaşlı Vinatye məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiyanın xarici agent siyahısına daxil edilən Fransa vətəndaşı Vinatye iyunun əvvəlində Rusiyanın hərbi-texniki sahədə fəaliyyəti ilə bağlı məlumat toplamaqla məşğul olduğu üçün saxlanılıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu