Polşa Rusiyaya etiraz notası göndərdi

Polşa Xarici İşlər Nazirliyi Tver vilayətində yerləşən Mednoe memorial kompleksində Polşa hərbi mükafatlarının barelyeflərinin sökülməsi ilə əlaqədar Rusiya tərəfinə etiraz notası göndərib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Artıq diplomatik nota göndərilib”, - deyə nazir qeyd edib.
Mayın 16-da Mednoe memorial kompleksi Polşa hərbi qəbiristanlığında Polşa hərbi mükafatlarının barelyeflərinin sökülməsi barədə məlumat verib. Təhlükəsizlik qüvvələrindən verilən məlumata görə, polşalıların özləri tərəfindən hazırlanmış barelyeflər Rusiya qanunlarına zidd olaraq quraşdırılıb.