Polşa Rusiyaya nota verdi
Polşa administrasiyası Rusiyanın Varşavadakı səfiri Siergiej Andriejew-i Xarici İşlər Nazirliyinə çağıraraq nota verib.
Notada “Polşanın Moskvadakı səfirinin öldürülməsinə çağırış edən” Rusiya prezidentinin uşaq hüquqları üzrə keçmiş komissarı Pavel Astahovla bağlı dərhal təhqiqatın aparılması tələb olunub.
Polşanın Varşava Bələdiyyəsinin Rusiyanın Varşavadakı səfirliyinin əməkdaşlarının uşaqlarının təhsil aldığı orta məktəb binasını ələ keçirməsindən sonra iki ölkə arasında yaranan böhran daha da böyüyür.
Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfiri Siergiej Andriejew-i nazirliyə çağıraraq etiraz notası verib. Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina verdiyi açıqlamada, sözügedən notanın Rusiya prezidentinin uşaq hüquqları üzrə keçmiş müvəkkili Pavel Astahov tərəfindən Polşanın Moskvadakı səfirinin qətli ilə bağlı çağırışından qaynaqlandığını bildirib:
“Polşa tərəfi bu vəziyyətə kəskin etiraz edir və dərhal cinayət işi başladlmasın tələb edir". O, cinayətkarın cəzalandırılacağına ümid etdiyini bildirib.