Kanada ABŞ-la Qızıl Qübbə raketdən müdafiə layihəsinə qoşulmağı müzakirə edir

Kanada ABŞ-ın “Qızıl Qübbə” müdafiə sisteminə qoşulmaq istəyir
Kanada hakimiyyəti artıq ABŞ administrasiyası ilə Ottavanın Amerikanın “Qızıl Qübbə” (Iron Dome) raketdən müdafiə sistemi layihəsinə qoşulması məsələsini müzakirə edir.
AFN.az xəbər verir ki, bu barədə CTV telekanalı Kanadanın baş naziri Mark Karninin ofisindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə mövzu ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.
Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp da Kanadanın bu müdafiə layihəsinə maraq göstərdiyini təsdiqləyib. O bildirib ki, məsələni Kanada rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, “Qızıl Qübbə” hava hücumundan müdafiə sistemi İsraildə hazırlanıb və ABŞ-la birgə əməkdaşlıq çərçivəsində geniş istifadə olunur. Layihə raket və pilotsuz uçuş aparatlarının qarşısını almağa yönəlib.