KİV: Kanada Ukraynanın Rusiyada öz silahlarından istifadəsinə məhdudiyyət qoymayıb


Kanada Milli Müdafiə Departamenti Ukraynaya verilən silahların istifadəsinə coğrafi məhdudiyyətlər qoymur.


AFN.az xəbər verir ki, bu barədə Kanadanın CBC telekanalı məlumat yayıb. Telekanal ölkənin müdafiə departamentinə istinad edərək vurğulayır ki, Kanada Ukraynaya verdiyi hərbi texnikanın istifadəsini hər hansı konkret coğrafi bölgə ilə məhdudlaşdırmır. Bu bəyanat Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu fonunda verilib.

Məqalədə vurğulanır ki, Ottava əvvəllər Kanadanın tədarük etdiyi silahların Rusiya ərazisində istifadə oluna biləcəyi sualına birbaşa cavab verməkdən yayınıb. CBC qeyd edir ki, Amerikanın CNN telekanalının bu yaxınlarda Rusiya və Ukrayna sərhədində lentə aldığı videogörüntülərdə Kanadaya məxsus "Roshel Senator" zirehli transportyoru nəzərə çarpır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu