İlham Əliyev işgüzar səfərə getdi - FOTOLAR


Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə yollanıb.


Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlət başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu