Aİ mənzil böhranını həll etmək üçün plan hazırlayır

Avropa Birliyinin (Aİ) Enerji və Mənzil Təsərrüfatı üzrə komissarı Dan Yorgensen Avropada mənzil böhranı olduğunu və sərfəli qiymətə mənzil təmin etmək üçün bir plan üzərində işlədiklərini söyləyib.
Avropa İttifaqının (Aİ) Enerji və Mənzil Təsərrüfatı üzrə komissarı Dan Yorgensen Brüsseldə Avropanın müxtəlif şəhərlərindən bir qrup bələdiyyə sədri ilə mənzil problemi ilə bağlı keçirdiyi görüşdən sonra açıqlamalar verib.
"Avropa mənzil böhranının ortasındadır. Çox şəhərlərdə çox sayda insan ev ala bilmir" deyən Yorgensen, xüsusilə polis, tibb bacısı və ya müəllim kimi cəmiyyət üçün əhəmiyyətli işlərə sahib olan insanların xidmət etdikləri şəhərlərdə yaşaya bilməməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Yorgensen mənzil böhranının həllinin onun əsas prioritetləri arasında olduğuna diqqət çəkib və bəzi şəhərlərin bu mövzuda konkret tövsiyələr verməsindən məmnunluğunu ifadə edib.
Avropanın sərfəli mənzil planı hazırlama mərhələsində olduğunu bildirən Yorgensen, mühüm şəhərlərin bələdiyyə sədrlərinin bu məsələdə ön planda olduğunu və onların fikirlərinin böyük əhəmiyyət daşıdığını açıqlayıb.
Bu çərçivədə Avropanın müxtəlif şəhərlərindən bələdiyyə başçıları hazırladıqları Avropa Mənzil Fəaliyyət Planını Yorgensenə təqdim ediblər.
Plan Aİ-ni əlverişli mənzil təmin etmək üçün ildə təxminən 300 milyard avro səfərbər edən bir fond yaratmağı tələb edir.