Tramp: ABŞ-ı İrana “ölümcül zərbə” endirməkdən Qətər əmiri çəkindirdi


ABŞ prezidenti Donald Tramp bildirib ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ-ı İranın nüvə proqramı ilə bağlı böhranın hərbi yolla həllindən çəkindirməkdə mühüm rol oynayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə ABŞ və Qətər iş adamları ilə Dohada görüşündə danışıb.

"İran çox şanslıdır ki, əmir onların maraqlarını qoruyur. Çünki o, həqiqətən onlar üçün mübarizə aparır. O, bizim İrana ölümcül zərbə endirməyimizi istəmir. O, davamlı olaraq deyir ki, İran sövdələşə bilər", - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, çox adam Qətər əmirinin əksinə, İrana zərbə endirməyin tərəfdarıdır: "Çox adam mənə deyir ki, sadəcə zərbə endir, çünki heç kim bizə qalib gələ bilməz. ABŞ dünyanın ən güclü ordusuna malikdir, nə Çin, nə də Rusiya. Biz İslam Dövlətini cəmi üç həftə ərzində məhv etdik".

Trampın fikrincə, Amerikanın əvvəlki lideri Co Bayden “bütün Yaxın Şərqi yandırıb və sonra münaqişələrə 10 trilyon dollar xərcləyərək oradan ayrıldı".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu