Meksikada avtomobil qəzasında 21 nəfər ölüb


Meksikanın Oaxaka və Puebla ştatları arasında avtomobil yolunda baş verən güclü qəza nəticəsində azı 21 nəfər ölüb.



Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Puebla daxili işlər naziri Samuel Aguilar sosial mediada üç avtomobilin toqquşduğunu və qeyri-müəyyən sayda insanın tibbi yardıma ehtiyacı olduğunu söyləyib.

KİV-in məlumatına görə, qəza sement daşıyan yük maşınının digər avtomobili ötməyə cəhd edərək qarşıdan gələn zolağa çıxması və əvvəlcə avtobusa, sonra isə mikroavtobusa çırpılması nəticəsində baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu