Aİ Rusiyaya sanksiyalardan yayınan 30 hüquqi şəxsə məhdudiyyət tətbiq edəcək

Aİ üçüncü ölkələr vasitəsilə anti-Rusiya sanksiyalarından yayınmada iştirak etdiyi iddia edilən 30 hüquqi şəxsə məhdudiyyətlər tətbiq edəcək.
AFN.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Sanksiyalar Rusiya hərbi sənaye kompleksi ilə iddia edilən əlaqələrə görə 75 fiziki şəxs və şirkətə də şamil ediləcək.
"Əvvəlki raundlardan çoxlu ideyalar qalıb. Əgər real təsirə ehtiyac olarsa, enerji və banklara qarşı sanksiyalar tətbiq etmək məntiqlidir. Amma bu Macarıstana görə çətindir", - deyə adının çəkilməsini istəməyən avropalı diplomat nəşrə bildirib.