Hindistan və Pakistan hərbi liderləri atəşkəs danışıqları aparırlar

Hindistan və Pakistan arasında hərbi əməliyyatlar komandirləri səviyyəsində telefon qaynar xətti vasitəsilə danışıqlar aparılır.
AFN.az xəbər verir ki, bu barədə "News18" telekanalı məlumat yayıb.
Bildirilir ki, danışıqlar iki ölkə arasında atəşkəs razılaşması mövzusunda aparılır.
“Hindustan Times” qəzeti mənbələrə istinadən yazıb ki, Hindistan Pakistanla ancaq hərbi səviyyədə danışıqlar aparacaq. "Siyasi təmaslar olmayacaq" - deyə qəzetin materialında qeyd edilir.