PKK özünü ləğv etdi

PKK (Kürdistan İşçi Partiyası) özünü ləğv etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, bu məlumatı “Rudaw” telekanalı yayıb.
Bildirilib ki, PKK Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib. Telekanalın məlumatına görə, bu barədə qərar partiyanın mayın 5-7-də keçirilən 12-ci qurultayında qəbul edilib.
Qeyd edək ki, "Terrorsuz Türkiyə" strategiyası çərçivəsində yeni proses başladılıb. PKK lideri Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa çağırıb.
Terror təşkilatı 5-7 may tarixlərində qurultay keçirib. Öcalanın çağırışı əsasında "tarixi əhəmiyyətə malik qərarlar" qəbul edildiyi bildirilib.
Qeyd edək ki, təşkilat 1984-cü ildə terror fəaliyyətinə başlamışdı.