Hindistan: Pakistan hücumlarını gizlətmək üçün mülki təyyarələrdən istifadə edir

Pakistan hava məkanını bağlamadan Hindistana raket hücumları üçün mülki təyyarələrdən pərdə kimi istifadə edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Sindoor əməliyyatı ilə bağlı keçirilən brifinqində məlumat verilib.
"Pakistan bir daha məsuliyyətsiz davranış nümayiş etdirdi. Mayın 7-də axşam saat 20:30-da uğursuz, təxribatçı pilotsuz təyyarə və raket zərbəsi endirməsinə baxmayaraq, mülki hava məkanını bağlamadı. Pakistan Hindistana hücumuna tez bir zamanda cavab veriləcəyini yaxşı bildiyi üçün mülki təyyarələrdən istifadə edir" - deyə məlumatda qeyd edilir.
Bildirilir ki, mülki təyyarələr, o cümlədən Hindistan və Pakistan arasında Hypee yaxınlığında uçan beynəlxalq uçuşlar üçün təhlükəlidir.
Hindistan ordusu qeyd edilənləri sübut etmək üçün "Flightradar24" izləmə xidməti proqramından məlumatların olduğu ekran görüntüsünü təqdim edib. "Hindistan tərəfindəki hava məkanı mülki hava nəqliyyatı üçün tamamilə bağlıdır. Bununla belə, Kəraçi ilə Lahor arasında uçuşlar həyata keçirən mülki aviaşirkətlər var", - deyə açıqlamada vurğulanıb.