Rutte: NATO sülh müqaviləsinin bir hissəsi kimi Kiyevə üzvlük vəd etməyib

NATO Rusiya ilə münaqişənin sülh yolu ilə dayandırılmasına dair razılaşmanın bir hissəsi kimi Ukraynaya alyansa üzv olacağına söz verməyib, bu uzunmüddətli məsələdir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ilk rəsmi səfəri ilə Brüsseldə olan Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte deyib.
"NATO Ukraynaya NATO-ya dönməz yol vəd etmişdi, lakin biz heç vaxt vəd etməmişdik ki, bu, sülh sazişinin nəticəsi olacaq. Biz bilirik ki, bu, daha uzunmüddətli məsələdir", - deyə Rutte bildirib.
Qeyd edək ki, “Geri dönməz yol” ifadəsi NATO-nun 2024-cü il Ukrayna sammitinin yekun bəyanatında yer alıb.