20 Aİ ölkəsi Rusiya əleyhinə tribunalın yaradılmasını dəstəkləyib

Ukraynanın dəvəti ilə Lvovda toplaşan 27 Aİ ölkəsindən 20-nin lideri Avropa Şurasının nəzdində xüsusi tribunalın yaradılmasının tərəfdarı olduqlarını bildiriblər.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bu razılaşdırılmış plana əsasən, Rusiya rəhbərliyi mühakimə olunacaq.
Bu qurumun yaradılmasını Avropa Şurasının üzvləri arasından ümumilikdə 37 dövlət dəstəkləyir.
Lüksemburqun xarici işlər naziri Xavier Bettel Lvovda jurnalistlərə açıqlamasında bu strukturun Lüksemburqda görüşəcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa gələn həftə orada öz ittihamlarını səsləndirəcək.