Zelenski Rusiya, Çin, İran və Özbəkistandan olan şirkətlərə sanksiya tətbiq edib

Vladimir Zelenskinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyada və digər ölkələrdə qeydiyyatdan keçmiş 74 şirkətə qarşı sanksiyalarla bağlı qərarını təsdiqləyib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, müvafiq sərəncam Ukrayna prezidenti ofisinin saytında dərc olunub.
Sanksiyalar metallurgiya, maşınqayırma, təyyarə istehsalı və kimya müəssisələrə, eləcə də bir sıra konstruktor bürolarına qarşı tətbiq edilib. Siyahıya Rusiya müəssisələrindən əlavə Çin, İran və Özbəkistanda qeydiyyatdan keçmiş 7 xarici şirkət daxil edilib.
Bundan əlavə, 58 şəxs sanksiyalara məruz qalıb.
Sanksiyalar 10 il müddətinə tətbiq edilib. Onlara ənənəvi olaraq Ukraynadakı aktivlərin bloklanması, lisenziyaların ləğvi, əqli mülkiyyətin ötürülməsinə qadağa qoyulması, ticarət müqavilələrinə xitam verilməsi və Ukraynanın bütün dövlət mükafatlarından məhrum edilməsi daxildir.