Hindistan Ərəbistan dənizindəki Pakistan hədəflərini vurur


İslamabad hərbi bazalara hücum etməyə cəhd etdikdən sonra Hindistan Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizindəki bir neçə Pakistan hədəfinə zərbələr endirib.


AFN.az xəbər verir ki, bu barədə NDTV mənbələrə istinadən məlumat yayıb.

Əməliyyatın başqa təfərrüatları barədə məlumat verilməyib. Hindistan Silahlı Qüvvələrinin Birgə Müdafiə Qərargahından bildirilib ki, Pakistan Hindistanın şimalındakı Cammu və Kəşmirdəki hərbi bazalara raket və PUA-lardan istifadə edərək hücum edib. Qeyd edilib ki, təhlükə zərərsizləşdirilib, itki yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu